Infoteka.az
Sağlamlıq

ÜST-nin baş direktoru Bakıdan pandemiya sazişinin imzalanması üçün çağırış edib

Azərbaycanın icbari tibbi sığorta paketinə daxil olan 3000-dən çox xidməti yüksək qiymətləndirirəm.

Bunu bu gün XI Bakı Qlobal Forumunun rəsmi açılış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

ÜST-nin baş direktoru deyib ki, səhiyyə sülhün və təhlükəsizliyin bərqərar olmasında fundamental xarakter daşıyır:

“COVID pandemiyası bir daha səhiyyənin önəmini göstərdi. Pandemiyanın qlobal səviyyədə gərginliyi artırdığının şahidiyik. Biz pandemiyanın nəticələrindən dərs götürəcəyikmi? Pandemiya zamanı beynəlxalq əməkdaşlıq üçün saziş imzalanması ilə bağlı əsas yaranması üçün danışıqlar aparılır. Bununla bağlı bəzi məsələlərin aydınlaşmasına əsas var. Deyirlər ki, ÜST hər şeyi ələ alıb, milli təhlükəsizliyə təhdiddir. Bunlar əsassızdır. Əgər biz pandemiya sazişini imzalamaq imkanını qaçırsaq, təkamülü itirmək təhlükəsi ilə üzləşəcəyik. Lakin ölkələr güzəştlər əsasında bir araya gəlsələr, nümayiş etdirərlər ki, parçalanmış dünyamızı bərpa edə bilərik. Pandemiya sazişi ədalətli dünyanın qurulması üçün çox vacibdir. Gəlin növbəti 9 həftə ərzində sazişi yekunlaşdırmaq üçün sürətlə işləyək, çalışaq ”.

Infoteka.az