Avropa Parlamenti Ermənistanın Avropa İttifaqına üzvlüyünə dair namizədlik imkanlarını nəzərdən keçirməyə imkan yaradan qətnamə qəbul edib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, qətnamənin lehinə 504, əleyhinə 4 səs verib. 32 nəfər bitərəf qalıb.
Qeyd edilib ki, əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və demokratiyanı gücləndirən islahatlar yolu ilə getməyə davam edərsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər.
Dünya