Infoteka.az
Sosial

14 martda baş vermiş tarixi hadisələr

838-ci ilin 14 martında Xürrəmilər hərəkatının başçısı, Azərbaycan xalq qəhrəmanı Babək Samirə şəhərində edam olunub. 20 il boyu Abbasilər xilafətinə qarşı mübarizə aparan Babək ərəblərin bir neçə qoşununu darmadağın edib. Babək Sünikdən olan xristian qıpçaq Səhl ibn Sunbatın xəyanəti nəticəsində əsir düşüb və öldürülüb.

Bəs, 14 martda dünyada daha hansı hadisələr baş verib?

1. 14 mart 1827-ci ildə Osmanlı Sultanı II Mahmud dövründə Türkiyə tarixində ilk tibb fakültəsi – “Mektebi-Tıbbiyeyi-Şahane” yaradılıb. 1919-ci ilin 14 martından bu günə qədər isə məktəbin yubileyi Türkiyədə Tibb Bayramı olaraq qeyd edilir.

2. 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının 4-cü hökuməti işə başlayıb. Bu hökumətə Nəsib bəy Yusifbəyli başçılıq edib.

3. 14 mart 1939-cu ildə Türkiyədə Hatay Məclisi Türk lirəsini rəsmi dövlət pulu kimi qəbul edib. 

4. 1980-ci ilin 14 martında ABŞ Hava Qüvvələrinə aid əsgər daşıyan təyyarə Türkiyənin İncirlik Hərbi Hava Bazasına eniş edərkən düşüb, 18 Amerika əsgəri ölüb.

5. 14 mart 1996-cı ildə Azərbaycanla Seneqal arasında diplomatik əlaqələr qurulub.

6. Ağırlıq qaldırma çempionu, Azərbaycan əsili Türkiyə idmancısı Nəim Süleymanoğlu 14 mart 2000-ci ildə Ankarada davam edən təlimləri zamanı 145 kq. ştanqı qaldıraraq qeyri-rəsmi dünya rekordu qırıb.

14 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 14 mart 1883-cü ildə alman filosofu, siyasi iqtisadçı Karl Marks dünyadan köçüb.

2. Dünyaşöhrətli fizik, nisbilik nəzəriyyəsinin banisi, Nobel mükafatçısı Albert Eynşteyn 1879-cu ilin bu günü Almaniyada anadan olub.

3. Azərbaycan publisistikasının görkəmli nümayəndəsi və şair Əliqulu Qəmküsar 1880-ci ilin bu günü dünyaya gəlib.

4. 1964-cü ilin bu günü Dallasda kiçik bar sahibi Cek Rubi ABŞ prezidenti Con Kennedinin qətlində ittiham edilən Li Osvaldı güllələyib. 

5. Azərbaycan tarixçisi, professor, AMEA-nın həqiqi üzvü və Beynəlxalq EA-nın Azərbaycan Bölməsinin həqiqi üzvü İqrar Əliyev 1924-cü ilin məhz bu günündə anadan olub. 

6. Şair, publisist, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan SSR Mədəniyyət nazirinin müavini  Teymur Elçin 14 mart 1992-ci ildə dünyasını dəyişib. 

7. Azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, AYB-nin sədri, Xalq yazıçısı Anar 14 mart 1938-ci ildə Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya göz açıb.

Infoteka.az