Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 65 yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 751 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 407 nəfər müalicə olunaraq sağalıb, 9 min 935 nəfər vəfat edib. Aktiv xəstə sayı 409 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 959, bu günə qədər isə ümumilikdə 7 milyon 296 min 340 test icra olunub.
Sağlamlıq