Infoteka.az
Hərbi

Rusiya-Ukrayna sərhədində döyüşlər gedir

Rusiya-Ukrayna sərhədində döyüşlər gedir.

Bu barədə rusiyalı hərbi jurnalistlər teleqram kanallarında məlumat yayıblar.

Bildirilib ki, Ukrayna ordusu uzaqmənzilli silahların köməyi ilə Rusiya Federasiyası ərazisinə zərbələr endirərək Kursk və Belqorod vilayətlərinin sərhədlərinə canlı qüvvə və texnika göndərməkdə davam edir. ​"Kursk vilayətinin Tyotkino kəndinə gecə saatlarında ukraynalı hərbçilərin ilk hücumu dayandırılıb. Belqorod vilayətində Ukrayna tərəfi Spodaryuşino kəndi yaxınlığındakı sərhədi keçməyə çalışıb. Hazırda döyüş gedir", deyə rusiyalı hərbi jurnalistlər qeyd ediblər.

Infoteka.az