Infoteka.az
Dünya

Stoltenberq: “Rusiya gəmiləri NATO raketləri ilə vurulub”

“Rusiya Qara dəniz Donanmasının gəmilərinə endirilən Ukraynanın zərbələri NATO-nun təchiz etdiyi raketlərlə həyata keçirilib”.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ukrayna tərəfindən edilən hücumlar NATO ölkələri tərəfindən təchiz edilmiş “Scalp” və “Storm Shadow” raketləri ilə həyata keçirilib:

“Bu, Kiyevə raket təchizatının artırılmasının vacibliyini təsdiqləyir”.

Infoteka.az