Rusiya 227 nəfər ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını davamlı olaraq genişləndirməsi olub.
“227 ABŞ rəsmisinin qarşılıqlı olaraq Rusiyaya girişinə qadağa qoyulub. Bu şəxslər arasında Rusiya əleyhinə fəaliyyət göstərən diplomatlar, iş adamları, jurnalistlər və akademiklərin də var”, - deyə məlumatda qeyd edilib.