Infoteka.az
Dünya

Aİ səfirləri Kiyevə hərbi yardım üçün əlavə 5 milyard avro ayıracaqlar

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri cari ildə Avropa Sülh Fondundan Kiyevə silah tədarükü üçün əlavə 5 milyard avro ayrılması barədə razılığa gəliblər.

Bu barədə Aİ Şurasının rəsmi “X” hesabında məlumat verilib.

Bildirilib ki, müvafiq qərar Aİ xarici işlər nazirlərinin martın 18-də Brüsseldə planlaşdırılan görüşdə qəbul edilməlidir.

Infoteka.az