Infoteka.az
Dünya

Berlindən ÇAĞIRIŞ: “Ukraynalılar Putini dayandırmasalar, müharibə qapımızın ağzınadək gələcək”

“Rusiya Prezidenti Vladimir Putinin imperiya planları Ukraynadan çox-çox kənara çıxır. O hesab edir ki, gec-tez Ukraynanın silahı tükənəcək və Kiyev beynəlxalq dəstəyi itirəcək, amma yanılır”.

Bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok brifinqdə çıxışı zamanı deyib.

“Əgər ukraynalılar Putini ölkənin şərqinə müdaxilə etməkdən dayandırmasa, o zaman müharibə qapımızın ağzına gələcək, Baltikyanı və Polşalı dostlarımız bunu bizə dönə-dönə xatırladırlar. Odur ki, Ukraynaya dəstəyin azalması müharibəni bizə yaxınlaşdıracaq”.

Infoteka.az