Gürcüstanın baş naziri İrakli Kobaxidze gələn həftə Ermənistana səfər edəcək.
Bu barədə Gürcüstan televiziyasının birinci kanalı məlumat verib.
Bildirilib ki, Baş nazir Azərbaycana səfərindən sonra İrəvana gedəcək.
"Biz ikitərəfli əməkdaşlıqla bağlı bütün məsələləri müzakirə edəcəyik. Regionda sülhün təmin edilməsi vacibdir, ikitərəfli münasibətlərin dərinləşməsi, Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üçün hər şey ediləcək", - deyə Kobaxidze səfərlə bağlı jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycana səfər edəcək.
Siyasət