Infoteka.az
Dünya

İsveçrə Ukraynada sülhə nail olmağın yollarını axtarır

“İsveçrə Ukraynada sülhə nail olmağın yollarının tapılmasına və Rusiya Federasiyasının sülh prosesinə daxil edilməsinə inklüziv yanaşmanın tərəfdarıdır”.

Bunu ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Pierre Alain Elchinger bildirib.

 

“Ukrayna, Rusiya, Avropa və Şimali Amerikanın fikirlərinə əlavə olaraq, atəşkəs və sülh razılaşmasına yol tapmaqda mühüm rol oynayan qlobal Cənuba qulaq asmaq və nəhayət, Rusiyanı da bu prosesə daxil etmək xüsusilə vacibdir”, - xarici siyasət idarəsinin rəsmi nümayəndəsi qeyd edib.

Xatırladaq ki, İsveçrə 2024-cü ildə Ukrayna ilə bağlı sülh konfransı keçirmək niyyətindədir.

Infoteka.az