Rusiyanın Belqorod vilayətinin Qlotovo kəndində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparat yerli sakinlərin olduğu avtomobilə çırpılıb.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov "Telegram" kanalında məlumat verib.
Nəticədə 5 nəfər ağır yaralanıb.
Rayon rəhbərinin sözlərinə görə, hücum nəticəsində avtomobil yanıb, içərisində olan 5 nəfər xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib.
"Həkimlər onlara bütün lazımi yardımı göstərirlər" deyə bildirilib.