Infoteka.az
Siyasət

Zaxarova: Ermənistanın KTMT-dən çıxması onun milli maraqlarına cavab verməyəcək

Ermənistanın KTMT-dən çıxması onun milli maraqlarına cavab verməyəcək, o, Brüssel ərazisində hardasa “hazırlanıb”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə müsahibəsində deyib.

O bildirib ki, Ermənistanın KTMT-dən mümkün çıxması Qərblə “flört”ə deyil, ölkənin real ehtiyaclarına əsaslanmalıdır.

Infoteka.az