Infoteka.az
Dünya

Rusiyada prezident seçkiləri sona çatır

Rusiya Federasiyasında prezident seçkilərinin sonuncu günüdür.

Seçki məntəqələri Moskva vaxtı ilə saat 20.00-da (Bakı vaxtı ilə 19.00) bağlanacaq. İlkin nəticələr səsvermə başa çatdıqdan bir saat sonra elan olunacaq.

Qeyd edək ki, səsvermə prosesi Federasiyadan kənarda martın 1-də başlayıb. Ölkə ərazisində məntəqələrdə səsvermə isə martın 15-də start götürüb. Ali kürsü uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutski və Nikolay Xaritonov mübarizə aparır.

Infoteka.az