Donbasda Ukrayna ordusunun sursatları tükənir.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O əlavə edib ki, Ukrayna ordusu ikinci və üçüncü müdafiə xəttinə çəkilir.
“Baxın, vaxt daralır... Onların Donbasda sursatları tükənmək üzrədir və ruslar qərbə doğru irəliləyir, ukraynalılar ikinci və üçüncü müdafiə xəttinə qayıdırlar. Onların dəstəyə ehtiyacı var”, - Kirbi ABC telekanalında müsahibəsində bildirib.