Infoteka.az
Siyasət

Putin: “Rusiya Ukraynanın böyük bir hissəsində bufer zonası yaradacaq”

“Yeni prezidentlik dövründə Ukraynaya qarşı müharibənin problemlərini həll edəcəm və ordunu gücləndirəcəm”. 

Bunu Rusiya prezident seçkilərində qalib olan hazırkı dövlət başçısı Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.

Putin “Ukraynanın Xarkov vilayətini ələ keçirməyin zəruri olduğuna inanırsınızmı?” sualına cavab olaraq bildirib ki, hücumlar davam edərsə, Rusiya ərazisini qorumaq üçün Ukrayna ərazisinin böyük bir hissəsində bufer zonası yaradacaq.

“İstisna etmirəm ki, bu gün baş verən faciəvi hadisələri nəzərə alsaq, biz nə vaxt lazım olduğunu bildiyimiz zaman bu gün Kiyev rejiminin altında olan ərazilərdə hansısa “sanitariya zonası” yaratmağa məcbur olacağıq” – deyə Putin vurğulayıb. 

Infoteka.az