Xalq artisti Brilliant Dadaşova imicində dəyişiklik edib.
Müğənni sarı saçlarını qısa kəsdirib.
İllərdir ki, eyni saç düzümündə olan Xalq artistinin fərqli görünüşü görənlərin marağına səbəb olub.
Qeyd edək ki, Dadaşova ilk dəfə yeni görünüşdə aparıcı Aytəkin Mərdanovanın "Qonaqcanlı" proqramının bayram buraxılışında kameralar önünə keçib.
