2024-cü ilin qadınlar üçün ən yaxşı avtomobili seçilib.
Bu dəfə qadın sürücülərin rəğbətini elektromobil - yeddi nəfərlik “Kia EV9” qazanıb.
“Qadınların Ümumdünya Avtomobili” (WWCOTY) müsabiqəsinin münsiflər heyətində yer alan avtomobil mütəxəssisləri Cənubi Koreya krossoverini geniş salona, təsirli aerodinamikaya, təkmil dizayna və sürətli enerji doldurmağa görə yüksək dəyərləndiriblər. Sözügedən avtomobili 240 kilometr məsafəyə qədər enerji təchizatını doldurmaq üçün təxminən 15 dəqiqə kifayətdir.
“Kia EV9” elektromobili dünyanın ən yaxşı “qadın avtomobili” kimi 52 ölkədən 75 qadın mütəxəssis tərəfindən seçilib. Onun rəqibləri isə “Volvo EX30” (Ən yaxşı ailə avtomobili), “BMW 5-Series” (böyük avtomobil), “Volkswagen Amarok” (tam ötürücülü), “Aston Martin DB12” (eksklüziv avtomobil) titullarını qazanıb.