Infoteka.az
Sosial

Orucun elmi cəhətdən faydaları

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız” .

İnsanın mədəsi onun xəstəliklər evidir. Yeməkdən pərhiz etmək də onu müalicə etmək deməkdir. Tibb elminin inkişaf etməsi ilə bəzi həkimlər və mütəxəsislər başa düşüblər ki, günün bir hissəsinin tam ac qalmağın xəstəliklərə çox faydası vardır. Bu, xəstəlikləri müalicə etməyin ən gözəl vasitəsidir.

Həkimlər də rəylərində orucun insanı sağlamlığı üçün böyük rol oynadığını vurğulayırlar.

Oruc vasitəsilə xəstəliyi müalicə etmək o qədər möcüzəlidir ki, tibbin əməli yollarını dəyişdirir. Çünki oruc tibb elminə yeni yol açır. O, xəstəliklərlə mübarizə silahıdır. Bu, elə bir silahdır ki, müxtəlif yollarla ondan istifadə etmək olar. Xəstəliklərlə mübarizədə yaxşı nəticələr verir.

Oruc vasitəsilə bir çox xəstəlikləri müalicə etmək olar.

Diqqət etrmək lazımdır ki, bəzi qısadüşüncəli insanların dediklərinin əksinə olaraq, orucun insan üçün heç bir zərəri yoxdur. Əgər kimsə xəstə olarsa, bu vacibatı yerinə yetirməkdən azaddır. Ancaq əgər oruc tutarsa və xəstəliyi daha şiddətlənərsə, haram iş görmüş olar.

Sağlam insan bilməlidir ki, oruc nəinki onlara ziyan deyil, əksinə sağlamığın rəhnidir. Oruc tutmayan bəziləri deyirlər ki, oruc mədənin zədələnməsinə səbəb olur. Bu sözlərə fikir vermək lazım deyildir. Bu ancaq nəfsinin qulu olan insanların bəhanəsidir.

Oruc tutan insanın mədəsi istirahət edər. Oruc tutan insanın mədəsi başqa insanlara nisbətən daha sağlam olar.

Orucla müalicə edilən xəstəliklər.

1. Bağırsaq xəstəliklərinin müalicəsində. Bu xəstəlik zamanı iki yemək arasında su içməmək çox xeyirlidir.

2. Hərəkətsizlikdən və çox yeməkdən yaranan ağır çəki. Bu xəstəlik zamanı da oruc tutmaq və gündə cəmi iki dəfə yemək və səhər vaxtı su içmək çox faydalıdır.

3. Qan təzyiqinin yüksək olması. Bu xəstəlik çox yemək nəticəsində daha da şiddətlənir. Bərəkət və nemət ayı olan Ramazan ayında xüsusilə də əgər çəki normadan çoxdursa, oruc bu xəstəliyə yaxşı təsir qoyacaqdır.

4. Şəkər xəstəliyi. Bu xəstəlik də çox yemək nəticəsində artar. Bu insanın əgər çəkisi normadan artdıqdırsa, ona çox müsbət təsir edəcəkdir. Belə ki, şəkər xəstəsində yemək yeyəndən 5 saat sonra şəkərin səviyyəsi təbbi normadan aşağı düşəcəkdir. Hətta əgər xəstə insulin vurarsa belə, oruc onun şəkərini müalicə edər.

5. Xroniki böyrək iltihablarına.

6. Ürək xəstəliklərinə.

7. Xroniki oynaq iltihablarına. Bəzi insanlar 40 yaşından sonra ağır çəkidən əziyyət çəkirlər. Ona görə də oruc tutmaq onlara faydalıdır.

Ancaq o insanlar ki, sağlamdırlar, oruc onlar üçün bu cür xəstəliklərin qarşısını alan bir vasitədir. Başqa bir tərəfdən isə bütün bu xəstəliklər insanda tədricən büruzə verir. Onu ilk vaxtlarda müəyyən etmək çox çətin olur. Belə ki, nə insanın özü, nə də həkim bu xəstəlikləri ilk əvvəldə müəyyən edə bilmirlər. Düzdür, tibb inkişaf etmişdir, ancaq hələ o həddə deyildir ki, xəstəliklərin nə üçün yarandığını söyləyə bilsin. Ancaq tibbi cəhətdən bu xəstəliklərin qarşısının alınmasının ən gözəl yolu orucdur.

Statistika göstərir ki, o zaman ki, bədəndə piylənmə baş verir və insanın çəkisi normadan artıq olarsa, qan təzyiqi, şəkər xəstəliyi və oynaq iltihabı kimi xəstəliklərə tutlma şansı başqalarından daha çoxdur. Əgər bədəndəki artıq çəki oruc vasitəsilə dəf edilərsə, bu xəstəliklərə yoluxma şansı da azalar. İldə bir dəfə oruc tutmaq, İlahi vacibata əməl etməklə yanaşı bizi xəstəliklərdən hifz edə biləcək ən gözəl vasitədir.

Infoteka.az