Infoteka.az
Sosial

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müariət etdi

Hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür. Bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib. 

Qeyd olunub ki, yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri hərəkət iştirakçılarından diqqətli olmağı, qaydalara qeyri-şərtsiz əməl etməyi tələb edir:

“Qeyri-iş günlərində avtomobil yollarında hərəkət intensivliyinin artdığını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də nömrə nişanlarının təmizliyinə nəzarət etməlidirlər.

Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, səki ilə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı tövsiyə edirik”.

Infoteka.az