Infoteka.az
İqtisadiyyat

Bu il Azərbaycanın ixrac həcmi 49 faizə qədər artıb

Cari ilin ilk iki ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 7 milyard 226 milyon 608.75 min ABŞ dolları həcmində olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 55 milyon 186,15 min dollar və ya 0.77 faiz çoxdur. 

Cari ildəki dövriyyənin 4 milyard 779 milyon 971,07 min dolları ixracın, 2 milyard 446 milyon 637.68 min dolları isə idxalı üzərinə düşür. 

Bu da onu göstərir ki, 2 ay ərzində ixracın həcmi 2 milyard 333 milyon 333,39 min dollar və ya 48,82 faiz artıb ki, bu da xarici ticarətdə müsbət saldodur. 
 

Infoteka.az