Çexiya parlamenti Rusiyanı Avropa İttifaqı və NATO ölkələrinin təhlükəsizliyinə ən böyük təhdid elan edib.
Bu, Çexiya parlamentinin martın 20-də qəbul etdiyi qətnamədə əksini tapıb.
Qətnamədə qeyd edilib ki, Rusiya öz təsir dairəsini Ukrayna və digər Avropa ölkələrinə yaymağa cəhd edir. Eyni zamanda Ukraynaya yardımın vacibliyi də vurğulanıb.