Infoteka.az
Siyasət

Putin Ərdoğanın terrorizmlə mübarizədə əməkdaşlığın aktivləşdirilməsi ideyasını dəstəkləyib

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın terrorizmlə mübarizədə əməkdaşlığın aktivləşdirilməsi ideyasını dəstəkləyib.

Bu barədə Putin Ərdoğanla telefon danışığı zamanı bildirib.

Kremlin mətbuat xidməti Putin-Ərdoğan telefon danışığının təfərrüatlarını açıqlayıb.

Bildirilib ki, Putin Türkiyə Prezidentinə başsağlığına görə təşəkkür edib və terrorizmlə mübarizədə əməkdaşlığın intensivləşdirilməsi ideyasını dəstəkləyib.

Infoteka.az