Infoteka.az
Hadisə

Amerikalılara yenidən Rusiyanı tərk etmək tövsiyə olundu

“Krokus Siti Holl”da baş verən terror aktından sonra ABŞ Dövlət Departamenti yenidən amerikalılara Rusiyanı tərk etməyi tövsiyə edib. 

Bu barədə TASS-a istinadən xəbər verir. 

“ABŞ vətəndaşları Rusiyaya getməməli, orda yaşayan və ya gedənlər isə dərhal ölkəni tərk etməlidirlər”, - deyə departament bildirib. 

Dövlət Departamenti tərəfindən əlavə edilib ki, ABŞ səlahiyyətliləri terror aktı zamanı amerikalıların xəsarət alıb-almadığını araşdırır:  

“Biz vəziyyəti diqqətlə izləyirik və ABŞ vətəndaşlarının xəsarət alıb-almadığını müəyyən etməyə çalışırıq. Biz konsulluq yardımı göstərməyə hazırıq”. 

Martın 7-də ABŞ-ın Moskvadakı səfirliyi Rusiyadakı vətəndaşlarını yaxın 48 saat ərzində terror aktları təhlükəsi barədə məlumatlandırıb.  

“Səfirlik ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla, böyük yığıncaqlara hücum planlarına dair xəbərləri izləyir”, - mesajda deyilir. Crocus City Hall-da baş verən terror aktından sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson bildirib ki, ABŞ hökuməti daha əvvəl Moskvada gözlənilən hücumla bağlı məlumat alıb. Onun sözlərinə görə, Amerika hakimiyyəti bu məlumatları Rusiya tərəfinə verib. 

Infoteka.az