Infoteka.az
Siyasət

Putin Qərbin Rusiyada hücum olacağı ilə bağlı açıqlamalarına belə reaksiya vermişdi

Xəbər verdiyimiz kimi, dünən Moskva vilayətində yerləşən "Crocus City Hall"da terror aktı baş verib.

Terror hücumundan sonra Rusiya Prezidenti Vladimir Putinin martın 19-da Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında Qərbin terror xəbərdarlığına verdiyi reaksiya yenidən gündəmə gəlib.

Həmin çıxışında Putin "Bütün bunlar açıq şantajı və cəmiyyətimizi qorxutmaq, destabilizasiya etmək niyyətini xatırladır", - deyə bildirmişdi.

Infoteka.az