Infoteka.az
Dünya

Putin Krokusda baş verən terror aktı ilə bağlı Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək

Gələn həftə Rusiya prezidenti Vladimir Putin “Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı ölkənin Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək. 

Bu barədə “İnterfaks“ məlumat yayıb.

Məlumata görə, gələn həftə Putin terror aktının təhqiqatının gedişatını və zərərçəkənlərə yardımın göstərilməsi prosesini izləməyə davam edəcək və onun qrafikində artıq Təhlükəsizlik Şurasının üzvləri ilə görüş var.

Qeyd edək ki, Crocus City Hallda terror aktı martın 22-də axşam saatlarında Piknik qrupunun konsertindən əvvəl baş verib. Bir neçə nəfər binaya girərək atəş açıb. Bryansk vilayətində terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Infoteka.az