Böyük Britaniyada fermerlər Londonun mərkəzində etiraz aksiyası keçiriblər.
Bu barədə "Telegraph" məlumat yayıb.
Fermerlər ucuz kənd təsərrüfatı məhsullarının idxalına etiraz ediblər.
Qəzetin yazdığına görə, onlar ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarının ucuz qiymətindən narazıdırlar.
Bildirilib ki, bu tendensiya yerli biznesə pis təsir göstərir.
Etirazçılar London küçələrinə 150-dən çox kənd təsərrüfatı texnikası toplayıblar.
Bundan əvvəl polşalı fermerlər Almaniya ilə sərhəddə yolları bağlayıblar.