Infoteka.az
İdman

Azərbaycan millisi Bakıda Bolqarıstanla heç-heçə edib

Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində növbəti oyununu keçirib.

Komandamız Bolqarıstan yığması ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Azərbaycan millisi son dəqiqədə vurduğu qolla məğlubiyyətdən yaxa qurtarıb.

“FIFA series – Edition 2024”

25 mart

20:00. Azərbaycan – Bolqarıstan 0:1

Qol: Musa Qurbanlı, 87 - Filip Krastev, 59

Baş hakim: Kristo Tohver (Estoniya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, millimiz ilk matçında Monqolustana, bolqarlar isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

Infoteka.az