Infoteka.az
Sosial

Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür

Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür.

Şirəli Müslümov 1805-ci ilin bu günü Lerik rayonunun Barzavu kəndində doğulub.

136 yaşında qız atası olan Şirəli Müslümov üç dəfə ailə qurub. Onun 23 övladı dünyaya gəlib. Uzunömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşüb.

1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında “Şirəli dağdan endi” adlı sənədli filmi də çəkilib.

Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından, onun yaşı şübhə doğurur.

Şirəli Müslümov haqqında yayımlanan məlumatlar SSRİ dövrünə təsadüf etdiyindən, 1800-cü illərdə əhalinin siyahıya alınması, doğum tarixlərinin düzgün qeyd olunması və digər aidiyyəti məsələlərin səhv olmaq ehtimalı da mövcuddur.

Fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem ötən əsrin 60-cı illərində çap olunmuş özünün “Qafqaz xalqları və onların mədəniyyəti” əsərində Azərbaycana da xüsusi yer ayırıb. Həmin əsərdə 1800-ci ildə əhalinin, əsasən də, siyahıya alınması yaş və doğum məsələlərinə aid olan bölməsində, Lerik (Zuvand-1930) camaatının düzgün siyahıya alınmasının həmin dövrdə qeyri-mümkün olmasını, yerləşdiyi çətin dağlıq şəraitinin, cənub mərkəzi ilə əlaqələrin və s. olmamasını yazıb. Sosioloq Şirəli Müslümovun doğum tarixinin düzgün olmamasını göstərməklə, 100 ilə yaxın yaşamasını, ölüm tarixinin isə 1973-cü ilə təsadüf etdiyini də qeyd edib.

Infoteka.az