Infoteka.az
Dünya

Putin: Rusiyada miqrasiya sahəsində vəziyyət nəzarət altında olmalıdır

Rusiyada miqrasiya sahəsində vəziyyət nəzarət altında olmalıdır.

Bunu Rusiya prezidenti Vladimir Putin Baş Prokurorluğun Kollegiya iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, miqrasiya sahəsində vəziyyət çox vacibdir və ona nəzarət edilməlidir: “Bu sahədə vacib və milyonlarla insanı narahat edən vəziyyətə nəzarət olunmalıdır.

Putin prokurorluğa cinayətkarlıqla mübarizə üçün qabaqlayıcı tədbirlər üzərində düşünməyi tapşırıb: “Əlavə qabaqlayıcı, profilaktik və digər anti-cinayət tədbirləri sistemi üzərində düşünmək, o cümlədən miqrasiya sahəsində qanunun aliliyinə riayət etmək lazımdır”.

Infoteka.az