Infoteka.az
Siyasət

G7 ölkələri Rusiya nefti ilə bağlı müzakirələr aparır

“G7 ölkələri Rusiya neftinin müəyyən edilmiş qiymət həddini indiki 60 dollar/bareldən endirmək imkanını müzakirə edirlər”.

Bu barədə ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Cefri Payet məlumat verib.

Payet Rusiyanın yanacaq-energetika kompleksinə qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Qeyd edək ki, ötən il Rusiya xam neftinin bir barelinin qiymətinin 60 dollardan yuxarı həddi 2022-ci il dekabrın 5-dən qüvvəyə minib.

Infoteka.az