Infoteka.az
Dünya

Seneqalda yeni prezident SEÇİLDİ

Seneqalda keçirilən prezident seçkilərinin ilk turunun nəticələri açıqlanıb.

Seneqalın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Bassiru Diomaye Faye səslərin 54,28 faizini toplayaraq, ölkənin yeni prezidenti seçilib.

Məlumata görə, nəticələr Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yeni prezident vəzifəsinin icrasına başlayacaq. Məhkəmənin iclası gələn həftəyə təyin edilib.

44 yaşlı Bassiru Seneqalın beşinci və ən gənc prezidenti olacaq.

Infoteka.az