Oktyabrın 24-də Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai-siyasi əhəmiyyəti nəzərə alınaraq ictimai dinləmə keçiriləcək.
Bu barədə İnfoteka.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı müvafiq iş aparılır.