Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropol vilayətində terror aktının qarşısını alıb.
Bu barədə “TASS“ agentliyi məlumat yayıb.
“Stavropol diyarında insanların sıx toplaşdığı yerlərdən birində partlayış törətməklə terror aktı törətməyi planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin 3 vətəndaşının fəaliyyətinin qarşısı alınıb”, - məlumatda deyilir.