Ukrayna Rusiya ilə danışıqlara razılıq verməsə, Odessanı və Qara dənizə çıxışını itirmək riski ilə üzləşəcək.
Bunu amerikalı iş adamı İlon Mask X səhifəsində yazıb.
“Rusiyanın bütün Ukraynaya nəzarəti ələ keçirmək şansı yoxdur, lakin Rusiya indikindən daha çox torpaq əldə edəcək.
Hərbi qarşıdurma nə qədər uzun sürsə, Rusiya Dneprə çatana qədər daha çox ərazi qazanacaq. Ancaq müharibə kifayət qədər uzun sürərsə, Odessa da ələ keçiriləcək.
Nəticədə Ukrayna Qara dənizə çıxışını bütünlüklə itirəcək. Bu baş verməmişdən əvvəl Ukraynaya danışıqlar yolu ilə məsələni həll etməyi tövsiyə edirəm”, - deyə Space şirkətinin sahibi vurğulayıb.
Dünya