Rusiyanın Voronej şəhərində Lenin küçəsində yerləşən kafedə partlayış baş verib.
Bu barədə TASS-a Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Natalya Kulikova məlumat verib.
Bildirilib ki, partlayış nəticəsində binanın şüşələri zədələnib. Polisin məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb. Regionun əməliyyat strukturlarından verilən məlumata görə, kafedə baş verənlərə biznes maraqlarının toqquşması səbəb olub.