Infoteka.az
Siyasət

Metyu Miller: “ABŞ Dövlət Departamenti İran səfirliyinə hücumu İsrailin etdiyini təsdiqləməyib”

ABŞ-ın Dövlət Departamenti İranın Dəməşqdəki konsulluğuna hücumunun arxasında İsrailin durduğunu təsdiqləməyib.

Bu barədə ABŞ administrasiyasının mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə məlumat verib.

“Hücumla bağlı nə hədəf, nə də məsul tərəf hələ ki, müəyyənləşməyib. Bunun tam olaraq nə olduğu barədə məlumat toplamamışdan əvvəl mən bu barədə konkret danışmaq istəmirəm”.

Infoteka.az