“ABŞ administrasiyası Ermənistan və Azərbaycanı aqressiv ritorikadan və vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırır”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə bildirib.
“Biz sərhəddə hərbi əməliyyatların artmasına qarşı xəbərdarlıq edirik və xəbərdarlıq etməyə davam edəcəyik. Biz hər kəsin hüquqlarına hörmət edildiyi regionda ədalətli və ləyaqətli sülh üçün şəraitin yaradılmasını təşviq etməyə davam edirik.
Davamlı sülhü təmin etməyin yeganə yolu danışıqlar masasıdır. Eskalasiya heç kimin maraqlarına xidmət etmir”, - deyə Dövlət Departamentinin sözçüsü iki ölkə arasındakı sərhəddəki vəziyyəti şərh edərkən deyib.
Miller əlavə edib ki, hazırda Rəsmi Bakı və İrəvan arasında elan ediləcək diplomatik danışıqlar yoxdur.
Siyasət