Infoteka.az
Dünya

Hakan Fidan NATO iclasına qatılacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

Bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

Fidan aprelin 3-4-də Brüsseldə NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək, eləcə də bir sıra ikitərəfli görüşlər keçirəcək.

Infoteka.az