Ukraynanın Nikolayev vilayətində iki saat ərzində İrana məxsus 14 ədəd “Şahed-136” kamikadze dronu məhv edilib.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Qeyd edək ki, Ukrayna hökuməti İranı Rusiyanı silahlandırmaqda ittiham edir. Kiyev iddia edir ki, Rusiya ordusu İranın kamikadze pilotsuz təyyarələri ilə Ukraynanın bir sıra şəhərlərində yaşayış binalarına və infrastruktur obyektlərinə zərbələr endirir.
Mənbə: Unian