Infoteka.az
İdman

Qurban Qurbanov dünyanın ən yaxşı məşqçiləri siyahısında

Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb. 

Planetin 500 ən güclü mütəxəssisi sırasında bir azərbaycanlı məşqçi yer alıb. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 139-cudur. 1670 xala malik 52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 1 pillə irəliləyib. 

"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. O, ötən siyahıdakı mövqeyini 1 pillə yaxşılaşdırıb. 

Qeyd edək ki, cədvələ 2221 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Infoteka.az