İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu və baş məşqçisi Maykl Kerrikin yeni iş yeri bəlli olub.
İnfoteka.az "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis "Midlsbro"nun sükanı arxasına keçəcək.
Rəsmi müqavilə yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, Maykl Kerrik 2006 - 2018-ci illərdə "qırmızı şeytanlar"da çıxış edib. O, daha sonra 2021-ci ilədək Joze Mourinyo və Ule Qunnar Sulşerin köməkçisi olub. Norveçli baş məşqçi qovulduqdan sonra Kerrik Mançester təmsilçisində müvəqqəti baş məşqçi səlahiyyətlərini yerinə yetirib. Komanda onun rəhbərliyi altında 3 görüşdə iki qələbə və bir heç-heçə əldə edib. Keçmiş yarımmüdafiəçi 2021-ci il dekabrın 3-də klubdan ayrılıb.