Rusiyanın paytaxtı Moskvada müşahidə edilən əlverişsiz hava şəraiti iki nəfərin ölümünə səbəb olub.
Bu barədə şəhər meri Sergey Sobyanin məlumat verib.
Sürəti 21 m/san çatan külək ağacları aşırıb.
Təbiət hadisəsi 15 nəfərin xəsarət almasına səbəb olub.
"Biz vaxtında bütün tədbirləri görmüşük. Böyük şəhərlərdə parklar və digər açıq ictimai yerlər dərhal bağlanıb. Təhlükə ilə bağlı şəhərdəki monitorlarda və lövhələrdə bildirişlər yer alıb. Amma təəssüf ki, itkilər olub və 17 nəfərdən ikisi dünyasını dəyişib", - deyə mer bildirib.