Infoteka.az
Siyasət

Mövlud Çavuşoğlu: Azərbaycanın sabitliyi, inkişafı Avropa və Asiya üçün əhəmiyyətlidir

Azərbaycanın sabitliyi, inkişafı təkcə region üçün deyil, Avropa və Asiya üçün də əhəmiyyətlidir.

Bunu Milli Məclis sədri Sahibə Qafarova ilə görüşdə Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu bildirib.

Mövlud Çavuşoğlu təəssüflə bildirib ki, bu gün Fransa başda olmaqla, Ermənistana mənfi təsir edən ölkələr var: “Lakin Azərbaycan tək deyil. Türkiyə sülhü dəstəkləyir və qardaş ölkə olaraq bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək”.

Infoteka.az