Infoteka.az
Siyasət

Bolton: “Tramp prezident seçkilərində qalib gəlsə, ABŞ-ni NATO-dan çıxaracaq”

ABŞ-nin keçmiş Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton bildirib ki, Tramp qarşıdan gələn seçkilərdə qalib gələrsə, ABŞ-ni NATO-dan çıxaracaq.

Bolton bunu “MeidasTouch” “YouTube” kanalına müsahibəsində deyib. 

“Tramp 2018-ci ildə bunu etməyə çalışdı, düşünürəm ki, bu, onun ikinci müddətinin ilk prioritetlərindən biri olacaq”, - keçmiş müşavir qeyd edib.

Infoteka.az