Infoteka.az
İdman

UEFA “Qarabağ”a 1 milyon 700 min avro ödədi

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib. 

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 

Ağdam təmsilçisinə Avropa Liqasında pley-offa vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəlməsinə görə 1 milyon 700 min avro ödənilib. Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Infoteka.az