İsveçrə Federal Şurası Cenevrədə NATO-nun beynəlxalq təşkilatlarla əlaqələr üzrə ofisinin açılmasına razılıq verib.
Bunu İsveçrə XİN-in rəsmi nümayəndəsi Pyer Alen Elçinqer məlumat verib.
“2023-cü ilin sonunda NATO İsveçrəyə əlaqə bürosunun açılması ilə bağlı rəsmi müraciət edib. Federal Şura belə bir ofisin açılmasına prinsipial olaraq razılıq verib və Xarici İşlər Nazirliyi növbəti ofisin hazırlanmasına cavabdehdir”, - deyə o qeyd edib.
Elçinqer bildirib ki, ofisin açılış tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Siyasət