“Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü region ölkələrinin əksəriyyətində narahatlıq doğurur. Çünki o, Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yönəlməyib”.
Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib.
“Bu görüş Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yox, Qərbin son dərəcə destruktiv yanaşmaları ilə Cənubi Qafqaza daha da müdaxilə etməsi, orada yeni haçalanma yaradan fikirlərin yaradılması, region ölkələrinin anti-Rusiya gündəmini izləməyə vadar edilməsi, onların Moskva ilə çoxəsrlik əlaqələrinin məhv edilməsi məqsədi daşıyır”, - deyə Zaxarova qeyd edib.
Siyasət