Infoteka.az
Siyasət

ABŞ rəsmisi: “Brüsseldə Ermənistana Azərbaycanla sülh prosesinin davam etdirilməsinə dair çağırış edilib”

"Bu gün Brüsseldə keçirilən görüşün məqsədi Ermənistandakı mövcud islahatların müzakirəsi və Azərbaycanla sülh prosesinin davam etdirilməsinə çağırış idi. Tərəflər qeyd ediblər ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi regionun uzunmüddətli perspektivdə təhlükəsizliyinə və çiçəklənməsinə, o cümlədən Aralıq dənizindən Orta Asiyaya yeni ticarət yollarının açılmasına kömək edə bilər”.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen Brüsseldə keçirilən üçtərəfli görüşün yekunlarına dair açıqlamasında bildirib.

 

ABŞ dövlət katibi vurğulayıb ki, Ermənistandakı siyasi islahatlar xalqın iradəsinə cavab verə bilən və dünyada müxtəlifliyə və tərəfdaşlığa töhfə verə bilən inklüziv hökumət üçün şərait yaradır.

Qeyd edək ki, bu gün Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ Dövlət Katibi Antoni Blinken, Aİ Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen arasında üçtərəfli görüş keçirilib.

Infoteka.az