Infoteka.az
Mədəniyyət

Ancelina Coli və Bred Pitt cəbhəsində GƏRGİNLİK: Yenidən məhkəməlik oldular

Hollivud ulduzu Ancelina Coli keçmiş əri aktyor  Bred Pitti ona və uşaqlarına fiziki təzyiq göstərməkdə ittiham edib.

Bu barədə CNN məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, Coli ərizəni Los Anceles Ali Məhkəməsinə verib. Aktrisa Pittə şərab şirkətindəki payını satmağa çalışıb, lakin Pitt Coli üçün şərtlər qoyanda danışıqlar pozulub, söhbət gizlilik müqaviləsi imzalamaqdan gedir. 

Aktrisa iddia edilən sui-istifadənin təfərrüatlarını açıqlamayıb. Pitt isə ittihamları rədd edir.

Qeyd edək ki, Pitt və Coli cütlüyü 2014-cü ildə rəsmi nikaha  daxil olublar, lakin iki il sonra boşanma qərarlarını açıqlayıblar. Cütlüyün beş övladı var.

Infoteka.az